Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 16:44
Erməni mediası yazır ki, 44 günlük müharibədən sonra Qarabağ separatçılarının təhlükəsizliyinin təminatçısı kimi çıxış edən Ermənistan ilk dəfə Xankndindəki rejimin "müstəqillik günü" nə həsr olunmuş tədbirlərə qatılmayacaq.
"News of Armenia" yazır ki, özü də söhbət qondarma "müstəqilliyin" 30 illik yubileyi"ndən gedir. Sarsaxlı müxalif millət vəkili Metaxe Akopyan bildirib ki, "Ermənistan deputatları yalnız Qarabağa səfər dəvətini qəbul ediblər, Xankəndini öz təşəbbüsləri ilə ziyarət etməyəcəkdilər.
Əlavə edib ki, "düşünmürəm ki, dəvət olmadan belə bir təşəbbüs olmazdı. Baş nazir Paşinyanın səfəri ilə məncə, olmayacaq, bu, söz mövzusu deyil, çünki bura necə ayaq basacaq? Burada Qarabağda onun təhlükəsizliyinə kim zəmanət verir? Bura heç vaxt gələ bilməz, söz mövzusu deyil".
Kamran Seyidov