Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elvin Mirzəzadə evlənməməyinin səbəbini açıqladı - VİDEO

Elvin Mirzəzadə evlənməməyinin səbəbini açıqladı - VİDEO

Tarix: 2 Sentyabr 2021 15:20

ARB TV-nin "YouTube" layihəsi olan "Özündən Soruş" verilişinin növbəti qonağı Elvin Mirzəzadə olub.

Milli.Az xəbər verir ki, sosial mediadan gələn sualları cavablandıran müğənni maraqlı açıqlamalar verib. Elvin Mirzəzadənin ən maraqlı açıqlaması isə "Niyə Ailə qurmur?" sualına cavabı olub:

"Hər şeyi mental dəyərlərə yükləyirlər. İllah da əxlaqi dəyərlər normasında olmalıdır... Təbii ki, bunlar da öz yerində amma hər şeydən öncə xarakterin uzlaşması məsələsi var və yaş artdıqca xarakterə daha önəm verirəm. Öz xarakterimə uyğun birini tapa bilmədiyimə görə hazırda subayam".

Qeyd edək ki, "Özündən soruş" verilişində hər dəfə bir məşhur qonaq sosial mediada izləyicilərinin və sevənlərinin ona ünvanladığı suallarını cavablayır.

Milli.Az


Etiketlər:  Elvin Mirzəzadə evlənməməyinin səbəbini açıqladı VİDEO


RƏYLƏR