Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda evdən çıxan koronavirus xəstəsinə cinayət işi başlanıb - VİDEO

Bakıda evdən çıxan koronavirus xəstəsinə cinayət işi başlanıb - VİDEO

Tarix: 2 Sentyabr 2021 18:18

Paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları qəsəbə sakini virusun daşıyıcısı kimi qeydiyyatda olan Ramal Feyzullayevlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıb.

Həmin şəxs barəsində dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Bir daha aktiv koronavirus xəstəliyinin daşıyıcıları olan və evdə özünütəcrid qaydaları çərçivəsində müalicəyə cəlb olunan vətəndaşların nəzərinə çatdırılır ki, onların mənzillərini tərk etməsi yolverilməzdir. Bu hallar aşkar edildiyi təqdirdə həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən həm İnzibati Xətalar, həm də ki, Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.

Milli.Az


Etiketlər:  Bakıda evdən çıxan koronavirus xəstəsinə cinayət işi başlanıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ