Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 22:54
Ermənistan parlamentinin hakim "Vətəndaş sazişi" fraksiyasından Xankəndinə səfərə gələn bir qrup deputat yerli sakinlərin "qonaqpərvərliyi" ilə üzləşib.
"Qraparak" qəzetinin məlumatına görə, ölən erməni əsgərlərinin valideynlərinin bir qrupu daş parçaları ilə silahlanaraq, deputatların qaldığı mehmanxanaya daxil olub və millət vəkillərinə hücum çəkiblər. Onlar deputatların Qarabağa gəlməyə haqları çatmadıqlarını bəyan ediblər.
Daha sonra əsgər yaxınları deputatların hərbçilərin basdırıldığı qəbiristanlığı ziyarət etmələrinin qarşısını alıblar. Hərçənd, sonradan "qonaqlar" gücləndirilmiş mühafizə və yerli hakimiyyət orqanları nümayəndələrinin müşayətilə nəzərdə tutulmuş ziyarəti gerçəkləşdiriblər.