Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: İspaniya uduzdu, İtaliya evdə xal itirdi

DÇ-2022: İspaniya uduzdu, İtaliya evdə xal itirdi

Tarix: 3 Sentyabr 2021 07:02

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 4-cü turun qalan oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, ikinci oyun günündə daha 12 qarşılaşma baş tutub.

B qrupunda İspaniya İsveçin qonağı olub və gözlənilməz məğlubiyyətlə üzləşib. Kosovo isə Gürcüstanın qonağı olub. Qonşu ölkə təmsilçisi də doğma meydanda uduzub.

Avropa çempionu İtaliya Bolqarıstanı qəbul edib. Meydan sahibləri bu turu 1 xalla başa vurublar. C qrupunun digər matçında Litva və Şimali İrlandiya komandaları üz-üzə gəlib. Bu oyunda isə qonaqlar darmadağına seviniblər.

I qrupunda mübarizə aparan İngiltərə seçməsi Macarıstanı sınağa çəkib. Favorit qələbəyə sevinib.

DÇ-2022-nin seçmə mərhələsi
4-cü tur
2 sentyabr

B qrupu

Gürcüstan - Kosovo 0:1
Qol: Muriqi, 18.

İsveç - İspaniya 2:1
Qol: İsak, 6. Klaesson, 57 - Soler, 5.

İsveç - 9, İspaniya - 7, Kosovo - 3, Yunanıstan - 2, Gürcüstan - 1

C qrupu

Litva - Şimali İrlandiya 1:4
Qol: Baravikas, 54 - Ballard, 20. Vaşinqton, 52. Laveri, 67. Maneyr, 82.

İtaliya - Bolqarıstan 1:1
Qol: Kyeza, 16 - İliyev, 39.

İtaliya - 10, İsveçrə - 6, Şimali İrlandiya - 4, Bolqarıstan - 2, Litva - 0

E qrupu

Estoniya - Belçika 2:5
Qol: Kayt, 2. Sorqa, 83 - Vanaken, 22. Lukaku, 29; 52. Vitsel, 65. Foket, 76.

Çexiya - Belarus 1:0
Qol: Barak, 34.

Belçika - 10, Çexiya - 7, Uels - 3, Belarus - 3, Estoniya - 0

I qrupu

Andorra - San Marino 2:0
Qol: Vales, 18; 24.

Macarıstan - İngiltərə 0:4
Qol: Sterlinq, 55. Keyn, 63. Maquayr, 69. Rays, 87.

Polşa - Albaniya 4:1
Qol: Levandovski, 12. Buksa, 44. Krixovyak, 54. Linetti, 89 - Çikalleşi, 25.

İngiltərə - 12, Macarıstan - 7, Polşa - 7, Albaniya - 6, Andorra - 3, San Marino - 0

Milli.Az


Etiketlər:  2022 İspaniya uduzdu İtaliya evdə xal itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ