Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2021 09:26
Reanimasiya dayanmadan dolur. Xəstələr əsasən 28-70 yaş aralığındadır. Ağciyərlərin zədələnmə sahəsi isə 60-90% təşkil edir.
Sonxeber.net Aztibb.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim Kəmalə Namazova məlumat verib.
O, bildirib ki, süni ventilyasiya aparatı, dərman, oksigen, tibb personalı, təminat kifayət qədərdir. Lakin xəstələr gözündə qorxu, dodağı göyərmiş, tər içində, su axtaran balıq kimi ağızlarını yumub-açıb çarəsiz hava, imdad diləyir:
"Hərarəti salmaq olmur. İntubasiya edəndə belə SpO2 qalxmır. Qan-tərin içində işləyirsən, nəticə almaq mümkün deyil. Həkimlərin gücü tükənir. Yorğunluq, əsəb, stres qocaldır sanki bizi".