Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kim indidən deyirsə ki, “Linfild”i keçəcəyik, səhv edir” – Maksim Medvedev

“Kim indidən deyirsə ki, “Linfild”i keçəcəyik, səhv edir” – Maksim Medvedev

Tarix: 17 Avqust 2019 10:20

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Premyer Liqasının I turunda "Keşlə" ilə oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Görüşlə bağlı təəssüratların necədir?

- İlk oyun həmişə gərgin keçir. Ciddi hazırlaşmışdıq. Bilirdik ki, Avropa Liqasında da oyunumuz var. Belə görüşlər həmişə çətin olur. İşimizin öhdəsindən gəldik, qələbə ilə ayrıldıq. Hesabın fərqi yoxdu. İmkanlarımız var idi. Qollarımızdan biri oyundan kənar vəziyyətə görə sayılmadı. Epizodun təkrarına heç baxmamışıq, bilmirik. Oyuna nəzarət edirdik. İkinci hissədə də şansları qaçırdı. Yaxşı start vacib idi.

- Qolu rəqib azlıqda qalandan sonra vurdunuz. Bunun təsiri oldu?

- "Keşlə" 11 nəfərlə olanda da nizam-intizamı qoruyub saxlayırdıq və belə də davam edəcəkdi. 10 nəfər qalanda isə hamı qırmızı vərəqə alan futbolçunun əvəzinə artıq yerə qaçmalı olur. Bu da işimizi asanlaşdırır. Arxa xəttə o qədər də təzyiq gözləmirdik. “Keşlə” azlıqda qalandan sonra cəmi bir qol vurduq.

- APOEL-lə qarşılaşmaya qayıdaq. Nə üçün pley-offa yüksələ bilmədiniz?

- İlk matçda rəqibi məğlub etdik. İkinci oyuna baxanda isə açığı, birinci görüşdə daha yaxşı çıxış etmişdik. Epizodlarda və digər amillər xeyrimizə oldu. Amma təəssüf ki, bizə iki qol vura bildilər. Futbol belədi, hər zaman yaxşı oynayan qalib gəlmir.

- Bəxtsizlik var idi?

- Sözün açığı, bəxtsizlik də var idi. Analoqu olmayan şeylər idi: iki metrdən qapıya düşə bilmirdik. O gün bizim günümüz deyildi. Bu gün də 10 epizodumuzu dəyərləndirə bilmədik.

- Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə qarşılaşacaqsınız. Çoxları düşünür ki, Şimali İrlandiya klubunu asanlıqla keçəcəksiniz.

- Belə söhbət ola bilməz. Bizim itkilər var. Əsas futbolçularımızdan bəziləri oynamayacaq. Kim indidən deyirsə ki, “Linfild”i keçəcəyik, səhv edir, elə şey ola bilməz. Səfərə gedirik, 7 saatlıq yol var. Onların meydanı, azarkeşləri, soyuq hava bizim üçün münasib olmayacaq. İlk oyunu maksimum keçirməliyik ki, Bakıdakı oyunda itkilərimiz bizə kömək etsin.

- Bu oyunu mərkəz müdafiəçisi mövqeyində keçirdin. “Linfild”lə oyunda da belə olacaq?

- Baş məşqçiyə aid sualdı. Ola bilər ki, gələn oyunda belə hal yaşansın. Çoxdandı bu mövqedə oynamırdım. Ola bilər ki, baş məşqçinin fikri belə idi və bu addımı atıb.

- Mahir Emrelinin adı transfer bazarında hallanır. O, xaricə getməlidi?

- İstərdim ki, Mahirin gələcəyi parlaq olsun, güclü klubda çıxış etsin. Bu gün Mahir “Qarabağ”a lazımdır. İnanmıram ki, bir il ərzində bizi buraxıb getsin. Ön xətdə ən çox fayda verən futbolçulardan biridir.

- Maqaye Qeye uyğunlaşa bilir?

- Ona bir az uyğunlaşmaq üçün vaxt lazımdır. Bəzi şeylər hələ onunla alınmır. Məşqçilər fiziki və psixoloji baxımdan onunla daim işləyir.

 


Etiketlər:  indidən deyirsə Linfildi keçəcəyik səhv edir Maksim Medvedev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ