Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşıllıq niyə məhv edilir? - QARŞILIQLI İTTİHAMLAR VAR - VİDEO

Yaşıllıq niyə məhv edilir? - QARŞILIQLI İTTİHAMLAR VAR - VİDEO

Tarix: 3 Sentyabr 2021 14:30

Bakıda yaşıllıq ərazi yox olmaq təhlükəsi ilə üz-üzədir. Ərazidə 10-dan çox ağacın kəsilmiş kötüyünü görmək mümkündür. Bəzilərinin isə qurudulmuş gövdəsi qalıb. Sakinlər bu ağacların ərazidə tikinti işi aparan şirkət tərəfindən qəsdən qurudulduğunu deyir. Şirkət isə sakinləri ağacları yandırmaqda günahlandırır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığı bir vaxtlar başdan-başa yaşılllıq olub.

Sakinlərin əziyyətlə əkib-böyütdüyü ağaclardan indi sadəcə qalan kəsilmiş kötüklər və qurumuş ağaclardır.

Sakinlər deyir ki, özünü ərazi sahibi kimi təqdim edən "Qismət firması" MMC tərəfindən ağaclıq ərazi bir neçə dəfə hasarlanıb. Ağacların kəsildiyini görən vətəndaşlar yeni ağaclar əkiblər. 4 ildir ki, onlar ağacların kəsilməməsi üçün ərazidə növbə çəkirlər.

Şirkətin  rəsmi təmsilçisi olan Əbil Tağıyev isə bildirir ki, torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə "Qismət firması" MMC-yə yaşayış binalarının layihələndirilməsi üçün ayrılıb. Ərazidə olan qurumuş və kəsilmiş ağacların taleyi ilə bağlı isə onlarda dəqiq məlumat yoxdur.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildiriblər ki, qeyd edilən ərazidə qurum tərəfindən aidiyyəti dövlət orqanlarının, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin müvafiq rəyinə əsasən 1 girişli 16 mərtəbəli yaşayış binası və qazanxananın tikintisinə icazə verilib. Ekoloji ekspertiza rəyində həmin ünvanda yerləşən torpaq sahəsinin tikinti üçün nəzərdə tutulduğu və hazırda sahədə mövcud olan 8 ağacın qanunamüvafiq şəkildə ərazidən köçürüləcəyi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildiriblər ki, ərazidə yeni əkilən və əvvəldən əkilmiş ağaclar sayılaraq qeydiyyata götürülüb. Həmin ağacların köçürülməsi ilə bağlı hər hansısısa rəy verilməyib. İcazəsiz olaraq ağaclar köçürülsə və ya kəsilsə qanuna müvafiq qaydada tədbir görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az


Etiketlər:  Yaşıllıq niyə məhv edilir QARŞILIQLI İTTİHAMLAR VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ