Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Talıb Taleni Azrbaycana buraxmadılar - VİDEO

Talıb Taleni Azrbaycana buraxmadılar - VİDEO

Tarix: 3 Sentyabr 2021 15:20

Müğənni Talıb Taleni Azərbaycana gələrkən təyyarəyə buraxılmayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Gürcüstanda olan sənətçi bunla bağlı açıqlama yayıb. O bildirib ki, biletlərini ləğv edib, başqasına satıblar:

"Tbilisidəyəm, doğru bildiyimiz yanlış ucbatından Bakıya gələ bilmədik. Bir neçə gün öncə Gürcüstan vasitəsiylə xaricə səfər etdik. Oradan  Covid-19 pasportu ilə başqa ölkəyə getdik. Həmin ölkədən də Covid pasportu ilə Gürcüstana geri döndük. Gürcüstandan Bakıya qayıdanda "Buta" şirkəti bizi təyyarəyə buraxmadı. Bildirdilər ki, vaxtında Covid-19 testi verməlisiniz. Digər ölkələrdə bizim Covid pasportumuz qəbul olunur, öz ölkəmizdə yox. Bizim biletlərimizi gözümüzün qabağında başqa vətəndaşlara satdılar. Onlar da bir gün əvvəl bizim problemi yaşayıblar. Covid pasportu ilə ancaq ölkəmizi tərk edə bilirik. Geri qayıdanda test verməliyik".


Etiketlər:  Talıb Taleni Azrbaycana buraxmadılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ