Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2021 21:22
"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsi başa çatıb.
Avqustun 3-də İran İslam Respublikasının Ənzəli şəhərində müsabiqənin bağlanış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, tədbirdə iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı hərbi attaşesi polkovnik Elvin Qasımov, o cümlədən digər ölkələrin hərbi attaşeləri, hakimlər komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Bağlanış mərasimində qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.
Müsabiqənin üç mərhələsi üzrə yekun nəticələrinə əsasən İran komandası birinci, Rusiya komandası ikinci, Azərbaycan və Qazaxıstan komandaları isə üçüncü yerdə qərarlaşıb.