Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qəbələ"nin "Sumqayıt"la 30-cu dueli

Tarix: 17 Avqust 2019 11:56

Bu gün Azərbaycan Premyer Liqasında I turun növbəti oyunu olacaq.

Qol.az xəbər verir ki, “Qəbələ” çempionatın ilk turunu evdə keçirəcək. “Qırmızı-qaralar” öz meydanında “Sumqayıt”la qarşılaşacaq.

Maraqlıdır ki, komandalar daxili yarışlarda ardıcıl 3-cü oyununu bir-birinə qarşı keçirəcək. Ötən mövsümün son turunda üz-üzə gələn rəqiblər ardınca Azərbaycan kubokunun finalında da görüşüb. Həmin qarşılaşmaların hər ikisində 1:0 hesabı qeydə alınıb. Premyer Liqa matçında sumqayıtlılar, kubokda “Qəbələ” qələbə qazanıb.

"Qəbələ"nin saytında dərc oluna statistik yazıda qeyd edilir ki, ümumilikdə iki komanda indiyədək 29 dəfə üz-üzə gəlib. Əvvəlki 29 matçda “qırmızı-qaralar” böyük üstünlüyə malikdir. Hesabında 18 qələbə olan komanda 8 heç-heçə edib və yalnız 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısından 48 top keçirən əyalət təmsilçisi Qəbələ şəhər stadionunda bu rəqəmi 50-yə çatdıra bilər. Rəqib isə 21 dəfə fərqlənib. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi rəqib qapısına 7 qol vurub.

Bu görüşlərdən 28-i çempionat, 1-i kuboka təsadüf edib. Premyer Liqada 17 qələbəsi olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 47 top keçirən komanda 21 qol buraxıb.

15-ci dəfə “Sumqayıt”ı qonaq edəcək “Qəbələ” öz meydanında uduzmayıb. Əvvəlki 14 oyunun hamısında qol sevinci yaşayan futbolçular 11 qələbə qazanıb, 3 heç-heçə etdiyi görüşlərin top fərqində də öndədir – 26:7.

Xatırladaq ki, “Qəbələ” – “Sumqayıt” matçı saat 19:00-da başlayacaq.

 


Etiketlər:  Qəbələnin Sumqayıtla 30 cu dueli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ