Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2021 14:42
Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh ölkədə hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatına qarşı növbəti ittihamlarla çıxış edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, özünün sosial şəbəkə səhifəsində təşkilatı Pəncşir vilayətinə göndərilən humanitar yardımların qarşısını almaqda, minalanmış sahələrin təmizlənməsi üçün insanlardan istifadə etməkdə günahlandırıb.
Saleh həmçinin beynəlxalq qurumları "Taliban"ın "cinayətkar və terrorçu fəaliyyətinə" diqqət yetirməyə çağırıb.