Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Taliban'' İŞİD-in mollasının başını kəsdi, cəsədinə turşu tökdü

''Taliban'' İŞİD-in mollasının başını kəsdi, cəsədinə turşu tökdü

Tarix: 5 Sentyabr 2021 19:08

Əfqanıstanda radikallığı ilə ad çıxarmış şeyx Əbu Übeydulla Mütəvəkkil edam olunub.

İŞİD terror təşkilatının "mollası" kimi tanınmış şeyx Mütəvəkkil Əfqanıstandakı əvvəlki hakimiyyət dövründə həbs edilmiş, Kabildəki həbsxanaya salınmışdı.

Milli.Az Tolo News-a istinadən bildirir ki, "Taliban" mənsubları onu həbsxanadan çıxararaq başını bədənindən ayırıblar və cəsədi Kabilin Pağman rayonuna atıblar.

Şeyx Mütəvəkkilin qardaşı Şah Rəsulun dediyinə görə, cəsədə kimyəvi turşu da tökülübmüş.

Taliblər Şeyx Mütəvəkkillin digər qardaşı Qari Ubeydullanı da edam etməkdə suçlu bilinirlər.

Milli.Az


Etiketlər:  Taliban İŞİD mollasının başını kəsdi cəsədinə turşu tökdü


RƏYLƏR