Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda Azərbaycan dili Mərkəzi açıldı

Ermənistanda Azərbaycan dili Mərkəzi açıldı

Tarix: 5 Sentyabr 2021 22:58

"Ermənistanda son bir ildə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artıb".

Sonxeber.net konkret.az-a istinadıb bildirir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən 1-ci kanal reportaj hazırlayıb.

Reportajda bildirilir ki, Azərbaycan dilinin tədrisi ilə bağlı müraciətləri təmin etmək üçün Ermənistanda Azərbaycan dili Mərkəzi açılıb. Həmin Mərkəzdə Azərbaycan dilinin qrammatikası, ədəbi dili və yazılı nitqi ilə yanaşı danışıq dili də tədris ediləcək. Tədrisə Ermənistanın şərqşünas alimləri ilə yanaşı, bu dildə yaxşı danışan erməni vətəndaşları cəlb ediləcək.

Xəbərdən məlum olur ki, Ermənistan hakimiyyəti, müvafiq dövflət strukturları Azərbaycan dilinin erməni vətəndaşlarına öyrədilməsində maraqlıdır. Əlbəttə, burada yalnız xoş niyyət axtarmaq olmaz. Çünki, düşmənin bizim dilimizi öyrənməsinin arxasında müxtəlif məqsədlər dayanır.

Mərkəzin yaradıcılarından biri Aşot Movsesyan hesab edir ki, bu addım gələcəkdə Azərbaycanla mübarizədə mühüm rol oynayacaq.


Etiketlər:  Ermənistanda Azərbaycan dili Mərkəzi açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ