Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Onun qəhrəmanlıqlarını sadalamaqla bitmir - VİDEO

Onun qəhrəmanlıqlarını sadalamaqla bitmir - VİDEO

Tarix: 6 Sentyabr 2021 13:14

Vətən müharibəsi şəhidlərimizdən biri də Elfaq Nağıyevdir. Milli ordumuzun giziri 44 günlük döyüşlərdə göstərdiyi bir çox şücaətləri ilə seçilib. Elə bu şücaətlərinə görə də şəhidimiz ölümündən sonra 5 medalla təltif olunub. Qəhrəmanımızın döyüş yolundan hazırlanmış reportajı sizə təqdim edirik. 

Tükənməz vətən sevgisi və qisas hissi, uşaqlığı ilə həmyaşıd olan müqəddəs arzular...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Vətən müharibəsi şəhidi Elfaq Azad oğlu Nağıyev haqda danışanda yada düşən ilk sözlər bunlardır. 1996-cı il dekabrın 26-da Gədəbəyin Parakənd kəndində doğulub Elfaq Nağıyev. Hələ uşaq ikən vətənpərvərliyi, bayraq və torpaq sevgisi Elfaqın gələcəkdə əsl qəhrəman olacağından xəbər verirdi. Belə də oldu. Elfaq hərbi xidməti başa vuran kimi yenidən ordu sıralarına qayıdıb və tezliklə Silahlı Qüvvələrimizin peşəkar giziri olub. Sentyabrın 27-də vətən müharibəsi başlayanda isə ön xəttə düşmənə meydan oxumağa başlayıb. Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Xocavənd istiqamətlərində döyüşüb. 

Elfaq Nağıyev oktyabrın 21-də Xocavən istiqamətlərində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Onun qəhrəmanlıqlarını sadalamaqla bitmir. Silahdaşlarının dediklərinə görə, Elfaq Hadruta bayraq sancan hərbçilərimizdəndir. Elfaq Nağıyevin məhv etdiyi düşmən tankı isə bu gün Hərbi Qənimətlər Parkını bəzəyir. 

Elfaq Nağıyev "Vətən uğrunda", "İgidliyə görə", eləcə də Cəbrayıl, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. 

Milli.Az


Etiketlər:  Onun qəhrəmanlıqlarını sadalamaqla bitmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ