Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 22:44
Bu gün Çindən Özbəkistanın da həmmüəllifi olduğu 3 milyon doza "ZF-UZ-VAC2001" peyvəndi gətirilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla da ölkəyə gətirilən vaksinlərin ümumi sayı 22 milyon 946 min 540 dozaya çatıb.
Hazırda Özbəkistanda "ZF-UZ-VAC2001", "AstraZeneca", "Sputnik V" və "Moderna" peyvəndlərindən istifadə olunur. Bu günədək Özbəkistanda 15 milyon doza vaksin istifadə olunub, əhalisinin 2 milyon 123 min 460 nəfər peyvənd edilib.
İlin sonunadək 7 milyon nəfərin peyvənd olunması nərədə tutulur.