Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2021 12:04
Oğuz rayon İcra Hakimiyyəti tərəfindən 2-ci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımıza qarşı inanılmaz addım atılıb.
Sonxeber.net xəbər verir ki bu barədə axar.az-a şəhidlərimizin qohumları məlumat verib.
Bildirilib ki, avqustun 29-u Oğuz rayon Şəhidlər Xiyabanında şəhidlərimizin məzarı üzərinə qoyulan əklil və bayraqlar sökülərək, yaxınlıqdakı zibilliyə atılıb.
Sakinlər bildirib ki, əklillərin məzardan götürülməsi əmrini icra başçısının müavini Etibar Yusifov verib.
Şəhid valideynləri İcra Hakimiyyətindən bunun səbəbini öyrənməyə çalışanda Etibar Yusifov "əcəb etmişik" deyib.
Oğuz Rayon İcra Hakimiyyətindən saytımıza verilən məlumata görə, icra başçısı bu məsələ ilə bağlı məlumatlandırılıb:
"Araşdırma aparılır. Tezliklə məsələ öz həllini tapacaq".
Şəhid məzarı üzərindən əklilləri, dövlət bayrağımızı götüzdürərək yaxınlıqdakı zibillik əraziyə tullanması göstərişini verən Etibar Yusifov isə zənglərimizə cavab vermədi.
Qeyd: Video şəhid Məhəbbət Paşayevin atası Vaqif Paşayev tərəfindən qeydə alınıb.