Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 11:25
Türkiyəli məşhur aktyor Kaan Yıldırımın keçmiş arvadı, aktrisa Ezgi Eyüboğlunun pop ulduz Hadisənin paltarının eynisini geyinməsi müzakirələrə səbəb olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, Ezgi Eyüboğlu Hadisənin keçən ilin fevralında geyindiyi narıncı paltarın eynisi ilə kamera qarşısına keçib.
Onun Hadisənin bir öncə geyindiyi paltardan istifadə etməsi diqqətlərdən yayınmayıb.
Bəzi izləyicilər bunu təsadüf sayıblar, digərləri isə Eyüboğlunun belə davranmasının bir mənası olduğunu yazıblar.
Qeyd edək ki, məşhur aktyor Kaan Yılıdırm 2016-cı ildə evləndiyi Ezgi Eyüboğlu ilə 2019-cu ildə ayrılıb. Onların "ildırımsürətli" boşanmasından sonra Yıldırımla Hadisənin eşq yaşadıqları xəbəri yayıldı. Sonuncular bu ilin iyun ayında ayrılıblar.
Hadisə adı bir zaman aktrisa Hande Erçel ilə hallanan iş adamı Mehmet Dinçerlə sevgilidir.