Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göyçayda 16 yaşlı oğlan 53 yaşlı kişini qətlə yetirib

Göyçayda 16 yaşlı oğlan 53 yaşlı kişini qətlə yetirib

Tarix: 10 Sentyabr 2021 13:16

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Göyçay şəhər sakini, 2005-ci il təvəllüdlü Babazadə İsmayıl Müşviq oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Göyçay şəhəri sakini, 1968-ci il təvəllüdlü Əliyev Əli Əlibala oğlunu bıçaqlayıb. Ürək, qara ciyər və çənə nahiyəsindən 3 bıçaq xəsarəti alan Əli Əliyev Göyçay Mərkəzi rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Ə.Əliyev xəstəxanada ölüb.

Hadisəni törədən İsmayıl Babazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Göyçayda 16 yaşlı oğlan 53 yaşlı kişini qətlə yetirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ