Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2021 13:16
Braziliyalı futbolçu Daniel Alveş ölkəsinin "San-Paulu" komandasından ayrılıb.
Sonxeber.net report-a istinadən bildirir ki, 38 yaşlı müdafiəçi məvacibi gecikdiyi üçün bu addımı atıb.
Klubla yeni müqavilə barəsində danışıqlardan imtina edən təcrübəli oyunçu özünə yeni komanda axtarmağa başlayıb.
Qeyd edək ki, karyerasına ölkəsinin "Baiya" klubunda başlayan Daniel Alveş dünyanın ən titullu futbolçusudur. O, müxtəlif komandaların heyətində ümumilikdə 46 titul qazanıb. Müdafiəçi İspaniyada "Sevilya", "Barselona", İtaliyada "Yuventus", Fransada isə PSJ komandalarının formasını geyinib.