Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya əks-kəşfiyyat rəhbəri: 11 sentyabr hadisələri təkrarlana bilər

Britaniya əks-kəşfiyyat rəhbəri: 11 sentyabr hadisələri təkrarlana bilər

Tarix: 11 Sentyabr 2021 14:24

"Əfqanıstanda iqtidarın "Taliban" hərəkatının əlinə keçməsi Birləşmiş Krallığı 2001-ci il 11 sentyabr terror hücumlarına bənzər təhlükə qarşısında qoyub".

Sonxeber.net report-a istinadən bildirir ki, bunu Böyük Britaniyanın "Mİ5" hərbi əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkalum bildirib.

Son 4 ildə ölkədə 31 terror qəsdinin qarşısını aldıqlarını diqqətə çatdıran kəşfiyyat rəhbəri daha sonra deyib:

"Əfqanıstandan gələn mühüm bir problem ilhamverici təsirlə yanaşı, həm də terrorçuların qarşımıza daha təkmil, mənfur üsullar çıxaracaqları təhlükəsidir".

2006-cı ildə London Hetrou Hava Limanından qalxan 7 təyyarəni vurmaq planını pozduqlarını xatırladan general Makkalum qeyd edib ki, Əfqanıstanda 20 ildir terrorçuluğa qarşı aparılan mübarizə nəticəsində bu cür irimiqyaslı qəsdlər nadir hala çevrilib.


Etiketlər:  Britaniya əks kəşfiyyat rəhbəri sentyabr hadisələri təkrarlana bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ