Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2021 14:46
COVID-19 virusunun Mu ştammı sürətlə yayılmaqdadır. İlk dəfə yanvar ayında Kolumbiyada aşkarlanan mutasiya Amerika, İngiltərə, Avropada qeydə alınıb.
Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Mu ştammının ümummilikdə 40 ölkədə müşahidə edildiyini açıqlayıb.
Türkiyəli mütəxəssis Mustafa Çetiner Mu ştammı ilə bağlı elmi faktların hələlik ortada olmadığını deyib: "Mu variantının nə qədər ölümcül olduğunu, nə qədər tez yayıldığını və peyvəndlərə nə qədər davamlı olduğunu bilmirik. Virusun bu ştammı Belçikadakı yoluxma hallarının 1 faizini, ABŞ-dakı göstəricilərin 2 faizini təşkil edir. Mayami Universitetinin apardığı tədqiqatlara görə isə yoluxmaların ümumi göstəricisinin 10 faizi Mu ştammıdır. Kolumbiyada yoluxanların 30 faizində Mu mutasiyası aşkarlanıb".
Mütəxəssis qeyd edib ki, virusun mutasiya keçirməsi əslində qorxulu deyil: "Mutasiyalar virusu zəiflədir. Nadir hallarda virus daha yoluxucu və daha ölümcül olur. Hindistanda insanların çox da əhəmiyyət vermədiyi Delta ştammı dünyada qeydə alınan yoluxmaların 90-95 faizini təşkil edirdi. Eyni şeyi Mu ştammında yaşamamaq üçün diqqətli olmalıyıq".