Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2021 08:18
Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Onun kimliyi dəqiqləşdirilir. İlkin məlumata görə, piyadanı vuran avtomobil hadisə yerindən yayınıb.
Faktla bağlı araşdırma aparılır.