Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Futbolçu yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Futbolçu yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Tarix: 14 Sentyabr 2021 10:18

"Heerenveen" (Hollandiya) klubunda oynayan isveç futbolçu Rami Kaib yerkökü yeyərkən çənəsini sındırıb. Bu səbəbdən gənc futbolçu bir müddət komandasına kömək edə bilməyəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Kaib bir müddət əvvəl oynayarkən çənəsindən ağır zərbə alıb. Buna baxmayaraq o, məşqlərə və əlbəttə ki, yemək yeməyə davam edib. Nahar fasiləsi zamanı yerkökü yeyərkən isə tərəvəz gözlədiyindən bərk olub və çənəsini qırıb.

Qeyd edək ki, Rami Kaib bu mövsüm komandanın ilk iki matçına qatılıb.

Onun yenidən komandaya qayıdacağı dəqiq tarix hələ açıqlanmayıb.


Etiketlər:  Futbolçu yerkökü yeyərkən çənəsini sındırdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ