Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2021 04:06
Turşu məhsulları və turş qidalar
Əgər hamilə qadın turşu yemək istəyirsə bu onun orqanizmində xlorid turşusunun çatışmazlığını bildirir.Xlor turşusunun balansı pozuduqda orqanizmdə şişkinliklər,təzyiqin aşağı düşməsi müşayət edilir.Bu zaman ürək əzələsinin işi də zəifləyir.Xlorid turşusu mədə şirəsinin və iştahanın olmasını stimulyasiya edir.Gündəlik rasiona balıq və dəniz duzu əlavə etmək xlorid çatışmazlığının qarşısını alır.
Şirniyyat
Hamilə qadının şirniyyatı çox istəməsi onun orqanizmində xrom və maqniumun çatışmazlığını bildirir.Bu çatışmazlıq orqanizmdə qlükozanın,xolesterinin və triqliseridlərin artmasına səbəb olur.Bunun nəticəsində isə atereskleroz inkişaf etməyə başlayır.Xrom şəkərli diabet və ürək-damar xəstəliklərinin baş verməsində də mühüm rol oynayır.
Qadınlarda maqniumun çatışmazlığı doğulan uşaqda da maqnium çatışmazlığına səbəb olur. Bu elementin defisiti əsəbi gərginliyə,qorxu,yorğunluq və həyəcan hissinin olmasına səbəb olur.Maqnium çatışmazlığını qoz,badam,günəbaxan tumu,üzüm,pendir yeməklə aradan qaldırmaq olar.
Təbaşir
Hamilə qadının təbaşir yeməsi onda kalsium çatışmazlığının olmağından xəbər verir.Kalsium həm ananın,həm də doğulacaq körpənin sümük sisteminin inkişafı üçün vacib olan amillərdən hesab edilir.Bu çatışmazlığı aradan qaldırmaq üçün çoxlü süd içmək və süd məhsullarından istifadə etmək lazımdır.
Sitrus meyvə
Hamiləlik vaxtı sitrus meyvələrə meyilliyin olması qadının orqanizmində C vitamininin çatışmazlığının olmasını bildirir.Bunu aradan qaldırmaq məqsədilə askorbun turşusu qəbul etmək və ya tərkibində C vitamini olan meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır.