Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qısqanılmağı bircə mən sevirəm'' - Aynişan Quliyeva

''Qısqanılmağı bircə mən sevirəm'' - Aynişan Quliyeva

Tarix: 17 Sentyabr 2021 14:55

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva izləyicilərinin bəzi suallarını cavablandırıb.

Sonxeber.net "yenisabah.az"a istinadən xəbər verir ki, son vaxtlar şəxsi həyatı ilə tez-tez gündəmə gələn 29 yaşlı bloqqer bu haqda sorğuları iqnor edib:

- İnsanlarda ilk nəyə diqqət edirsiniz?

- Tərbiyəsinə. Ən önəmli faktor budur.

- Qısqanclıq sevgini öldürürmü?

- Deyəsən, qısqanılmağı bircə mən sevirəm. Əlbəttə, qədərində və əsaslı. Yoxsa "Niyə divara çox baxdın?" kimi yox.

- Xəyallarınıza çatmaq üçün nə etmisiniz, nələrdən vaz keçmisiniz?

- Hüzurundan vaz keçib. İndi isə hüzuruna qovuşub.

- Uşaq vaxtı bu yaşınızda özünüzü kim olaraq xəyal edirdiniz?

- Hollivud ulduzu olacağımı düşünürdüm. Həmişə qırmızı xalıda təsəvvür edirdim özümü.

- Sizcə, ailə həyatında nə zaman "bitdi" deməyin zamanıdır?

- Tutunacaq bir şeyin olmadığının fərqinə vardığında. O an özünüzə sual verin: Mən bu həyatı yaşamağa layiqəm?

- Əsl sevgi sizin üçün nədir?

- Bir-birinə hörmətlə yanaşmaq.


Etiketlər:  Qısqanılmağı bircə mən sevirəm Aynişan Quliyeva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ