Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xan kimi yaşayan Əməkdar Artist: Dilimə yiyə duran insan olmuşam...

Xan kimi yaşayan Əməkdar Artist: Dilimə yiyə duran insan olmuşam...

Tarix: 17 Sentyabr 2021 17:55

Son günlər  əməkdar artist Yusif Mustafayevin " 260 manat pensiya alıram, buna da şükür" açıqlaması sosial şəbəkələrdə müzakirə doğurub. Müğənninin durumundan gileyləndiyini düşünüb onu tənqid ediblər.

Sonxeber.net xəbər verir ki,məsələyə aydınlıq gətirən  Y.Mustafayev "sherg.az"a açıqlamasında qeyd edib ki, həmin fikri maddi durumuna görə söyləməyib:

"Qabaqda gedirsən bic deyirlər, arxada gedirsən gic. Çox şükür əməkdar artist təqaüdü ilə birgə ümumillikdə 260 manat alıram. Soruşdular ki, maddi sıxıntılarınız varmı? Dedim, allah  dövlətimizi var eləsin, yaxşı  dolanıram. İndi Məhərrəmlik ayıdır, hara toya gedim?  Nə vaxt çağırsalar, məclislərdə iştirak edirik. Hazırda xan kimi yaşayıram, sənətkarı el dolandırar.

Xalqımız var olsun. Bu günə qədər dilimə yiyə duran insan olmuşam, "risofka"lıq etməmişəm ki, beləyəm, elədir. Olmaz! Çünki məni xalq Yusif Mustafayev edib, bir tikə çörəyimi eldən qazanmışam. Ona görə ədəbazlıq etmərəm.  Xalqın pulu ilə maşın almışam, özümü göstərib, evimi, avtomobilimi nümayiş etdirə bilmərəm. O vaxt Zaur Kamal gəldi evimi, maşınımı çəkdi. Onları xalqa "Əməkdar artistin gizlətdiyi villası" başlığı ilə təqdim etdi. Söylədim ki, belə etmə, axı mənə bu evi millətim tikib".
 


Etiketlər:  kimi yaşayan Əməkdar Artist Dilimə yiyə duran insan olmuşam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ