Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Futbolçularımı alınlarından öpürəm'' – Rəşad Sadıqov

''Futbolçularımı alınlarından öpürəm'' – Rəşad Sadıqov

Tarix: 18 Sentyabr 2021 23:44

"Futbolçularımı göstərikləri oyuna görə təbrik edirəm, alınlarından öpürəm".

Sonxeber.net sportal.az-a istinadən bildirir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının IV turunda "Sabah"la keçirilən oyunu dəyərləndirərkən deyib.

39 yaşlı çalışdırıcı 1:1 hesabı ilə başa çatan görüşdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Düşünmürsüz ki, bu həftə AFFA-nın saytında Fritz Ştuxlikin bugünkü epizod və VAR sistemi ilə bağlı açıqlaması olacaq?

- İndi təzə mövzu VAR-dır. Bilmirəm.

- 70-ci dəqiqədən sonra komanda müdafiədə boşluqlar verirdi...

- Qol imkanı vermirdik. Rəqib hesabda geridə idi, böyük qüvvə ilə irəli atılmışdı. Bu gözlənilən idi. 

- 90 dəqiqə planlaşdırdığınız kimi getdi?

- Biz daha çox oyuna nəzarət edirdik. 55-60-cı dəqiqəyə kimi oyun tam bizim nəzarətdə idi. Daha sonra ağıllı müdafiə olunduq, rəqibi əks-hücumlarda tuturduq. Amma 90 dəqiqə hücumda olmaq mümkün deyil. Ümumilikdə oyundan razı qaldm. Bu il keçirdiyimiz ən dinamik, sürətli matç idi. 

- Təmkin Xəlilzadə sarı vərəqə alarkən uşaq kimi danladız. Bunun səbəbi nə idi?

- Hamımız bilirik ki, Təmkin emosional oyunçudur. İkinci sarı vərəqə almaması üçün dərhal emosiyasını boğmağa çalışdım.

- "Neftçi"nin baş məşqçisi Samir Abasovun limitlə bağlı dediklərinə münasibətiniz necədir?

- Limitə görə problem yaşamıram. Mən də limitin dəyişdirilməsinin tərəfdarıyam. Amma bunun üçün komanda sayı artırılmalıdır. Mən bunu ilin əvvəlində Məşqçilər Komitəsinə təklif etmişəm. Kollektiv şəkildə müzakirə etmək lazımdır. "Neftçi", "Qarabağ" kimi komandalar təklif irəli sürürsə, bu, mütləq müzakirəyə çıxmalıdır. Çünki bu komandalar ölkə futbolunun yükünü çiynində daşıyır. Amma bu mövsümün əvvəlində olmalıdır. Çünki heyəti bu limitə görə qurmuşuq. Limitin ləğv olunmasının milliyə zərəri olduğunu düşünmürəm. Bu məsələni nəzərdən keçirmək olar.

- Üz ifadənizdən hiss olunur ki, hansısa epizod sizə təsir edib. Bununla bağlı nə deyə bilərsiz?

- Hakim səhvlərindən danışmaq ən xoşlamadığım şeydir. Amma elə epizodlar olur ki, nəticəyə təsir edir. Bu gün 10-11 xalımız ola bilərdi. Künc zərbəsi zamanı oyunçu ilə toqquşma anında top Mehdinin əlində idi. Aydın görünür ki, onu itələyib. Məyus olmamaq mümkün deyil. 

- Qapıçı seçim imkanınız genişdi. Rotasiya etməyi düşünürsüz?

- Hər iki qapıçıya inanıram. Hər an qapıda Anarı və ya Mehdini görə bilərik. Amma bu, səhvlərlə bağlı deyil. İki yaxşı qapıçın varsa, ikisini də tonusda saxlamalısan. Rəqibə, hazırlığa uyğun fərqli qərar verə bilərik. 


Etiketlər:  Futbolçularımı alınlarından öpürəm Rəşad Sadıqov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ