Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yağlı dəridən qurtulmaq üçün maskalar

Yağlı dəridən qurtulmaq üçün maskalar

Tarix: 19 Sentyabr 2021 15:48

Yağlı dəriyə sahib olanlar şəxslər səhər üzlərini nə qədər təmizləsələr də müəyyən müddətdən sonra dəriləri parıldamağa başlayır.

Sonxeber.net Axşam.az-a istinadən yağlı dəridən qurtulmaq üçün 3 maska təqdim edir.

Maskanı dəriyə tətbiq etməzdən əvvəl ​​məsamələri yağdan və kirdən təmizləmək çox vacibdir. Təkcə gecə yatmazdan əvvəl makiyajı təmizləməklə kifayətlənməyib səhər də üzün yağdan arındırmalısınız. Yalnız bundan sonra uyğun maskalardan birini istifadə edərək nəticə ala bilərsiniz.

1. Limon maskası

Sızanaq və məsamələri təmizləmək üçün istifadə edə biləcəyiniz ən yaxşı maskalardan biridir. Reseptin tərkibindəki adaçayı dərini təmizləməkdə və məsamələri kiçiltməkdə sizə yardımçı olacaq.

Tərkibi:

1 çay qaşığı limon suyunu 1 çay qaşığı quru adaçayı ilə qarışdırıb üzünüzə çəkin və 10 dəqiqə saxlayın. Daha sonra dərinizi ilıq su ilə yuyub qurulayın.

2. Gil maskası

Dərini və məsamələri artıq yağlardan təmizləyir, sızanaqları qurudur. Yaşıl gildən hazırlanan maskalar dərinizdəki artıq yağı əmərək sızanaqların daha tez sağalmasına imkan verir. Ağ gil də dərinizi qıcıqlandırmadan sızanaqlarınızdan qurtulmaqda yardımçı olacaq.

Tərkibi:

1 çay qaşığı ağ gili, 1 çay qaşığı suyu, 2 damcı limon yağını qatılaşana qədər qarışdırıb dərinizə çəkin. Quruyana qədər təxminən 10-15 dəqiqə gözləyin. İsti su ilə masaj edərək maskanı dərinizdən arındırın.

Dəriniz çox yağlıdırsa, bu maskanı həftədə iki dəfə tətbiq edə bilərsiniz.

3. Yumurta maskası

1 yumurta ağını 1 çay qaşığı bal ilə qarışdırıb dərinizə çəkin. 10 dəqiqə gözlədikdən sonra üzünüzü yuya bilərsiniz.


Etiketlər:  Yağlı dəridən qurtulmaq üçün maskalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ