Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zoğalın bu faydalarından da agah olun

Zoğalın bu faydalarından da agah olun

Tarix: 19 Sentyabr 2021 16:48

Zoğal bitkisi mart ayının ortasında çiçək açmağa başlayır və meyvənin tam yetişməsinə kimi azı 5-6 ay keçir. Hələ bu qədər uzun müddətə yetişən və formalaşan ikinci meyvə ağacı yoxdur. Tarixçilərin bildirdiyinə görə, İsveçrədəki arxeoloji qazıntılar zamanı ilk zoğal çəyirdəyinə rast gəlinib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, zoğalın meyvəsində 20-25% şəkər (qlükoza, fruktoza, saxaroza), 10-11% üzvi turşular (limon, alma və s.), 8% peyvənd maddəsi, karotin və C, B vitaminləri, boya və pektin maddələri və s. var.

Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər.

Meyvəsinin tumunu qovurub toz halına salandan sonra uşaqlarda baş verən ishala, dizenteriyaya qarşı işlədirlər. Zoğal meyvələrindən hazırlanmış çaxır demək olar ki, ishalın və dizenteriyanın ən vacib dərmanıdır. Zoğalın yarpağından çay surqatı kimi də istifadə edilir.

Xalq təbabətində zoğalın meyvələrindən çox qədimdən malyariyaya qarşı istifadə olunur. Bu məqsədlə zoğalın qurudulmuş meyvəsindən suda çay kimi dəmləyib gündə 2-3 dəfə, hər dəfə də bir stəkan xəstəyə içirirlər.

Zoğaldan hazırlanan keyfiyyətli lavaşdan bir sıra xörəklərdə dadverici, iştahaartırıcı, mədənin həzm prosesini yaxşılaşdırıcı kimi geniş istifadə edilir. Zoğal meyvələri yetişdikcə turşuluğu azalır, şəkəri isə xeyli artır. Odur ki, zoğalı al-qırmızı rəng aldıqda toplamaq məsləhətdir.

Qabıqlarından hazırlanan ekstraktın arpa unu ilə qarışdırıb pasterizəyə bənzər maddə hazırlayıb səpki və çibanların müalicəsində istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə olunur. Yarpaqlarından surrokat çayı hazırlanır. Meyvəsinin ət hissəsindən hazırlanan preparatlardan zülalın asan həzm olunmasında, ishalın qarşısının alınmasında xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Zoğaldan hazırlanan şirəyə bal və yumurta sarısı qataraq qarın yatalağının müalicəsində istifadə edirlər. Zoğalın yarpaq və cavan budaqlarından spirtli cövhər - ödqovucu və sidikqovucu kimi istifadə edilir. Onun çəyirdəyindən, şirəsindən və meyvəsindən hazırlanan spirtli tinktura qızdırma xəstəliyini sağaldır, qabığından hazırlanan spirtli məhlul isə orqanizmin fəaliyyətini gücləndirir. Zoğalın meyvəsinin çəyirdəyindən qəhvə hazırlamaq da mümkündür.

İnfarkt riskini azaldır, xərçəng əmələ gətirən amillərin qarşısını alır. Xərçəngin sürətlə irəliləməsinə mane olur. Zoğal meyvəsi güclü bir melatonin qaynağıdır. Melatonin gecə ifraz olunar və bunun sayəsində yatarıq. Lakin melatonin kifayət qədər ifraz olunmazsa xərçəng meydana gəlir. Hüceyrə istehsalı sürətlə pozulmağa başlayır. Yuxu probleminiz varsa, yatmazdan əvvəl mütləq 1 stəkan zoğal suyu için.

Gündə 1 ovuc zoğal yemək, döş xərçəngi hüceyrələrinin inkişafını dayandırır. Edilən araşdırmalarda zoğalda brokolidən beşqat daha çox antioksidant tapılmışdır. Antioksidantlar hüceyrə quruluşumuzu qoruyur.

Damarların tıxanmasını önləyərək, ürək xəstəlikləri və iflic kimi narahatlıqların qarşısını alır. Zoğal sidik içindəki turşu miqdarını artıraraq böyrək daşı meydana gəlməsinə mane olur, daşlardan xilas olmağı təmin edər.

Təbii bir antibiotik olan zoğal mədə xorası kimi xəstəliklərə xeyirlidir. Zoğal temperaturu salar və ishalı dayandırar. Yara və yanıqlarda müalicə edici xüsusiyyəti vardır. Əzilərək yaralara və yanıqların üzərinə qoyulur. Klimaks dövründə qadınlarda yaranan isti basmalarının qabağına alar. Depressiya və ruhi xəstəliklərdə köməkçi bir qidadır.


Etiketlər:  Zoğalın faydalarından agah olun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ