Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan səması təyyarələrimizə ''açıldı''

Ermənistan səması təyyarələrimizə ''açıldı''

Tarix: 19 Sentyabr 2021 19:15

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Gəncə-Naxçıvan reysi Ermənistan üzərindən gerçəkləşdirəcək. Tranzit uçuşları üçün Ermənistan Azərbaycana hava məkanını açıb.

Sonxeber.net Ermənistan mediasına itsinadən bildirir ki, Ermənistan Mülki Aviasiya Komitəsindən verilən məlumata görə, belə uçuşlar əvvəl də olub, daimi xarakter daşıyıb və sadəcə, 44 günlük İkinci Qarabağ Müharibəsi günlərində, Ermənistanla Azərbaycan səmasının bəzi rayonlarının qapadılması ilə dayandırılmışdı.

Belə uçuşlara rəsmi İrəvanın nə zaman icazə verdiyi barədə suala gəldikdə isə, Komitənin cavabı belə olub: "Beynəlxalq tələblərə əsasən tranzit aviareyslərin gerçəkləşdirilməsi üçün icazəyə ehtiyac yoxdur".

Yəni Azərbaycan və Türkiyənin məsələ ilə bağlı Ermənistanla danışıqlar aparmasına ehtiyac yoxdur.

Azərğbaycan və Türkiyənin səmaları isə Ermənistan təyyarələri üçün qapalıdır.


Etiketlər:  Ermənistan səması təyyarələrimizə açıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR