Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2021 03:06
Bəzi insanlar meyvə və tərəvəzləri sabun, sirkə kimi əlavə vasitələrlə yuyaraq daha təmiz olduğuna inanır. Mütəxəssislər qidaların bu cür yuyulduqdan sonra istifadə zamanı ürəkbulanma, ishal və qarın ağrısı kimi problemlərə səbəb olduğu bildirir.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, meyvə və tərəvəzləri soyuq su ilə yumaq kifayətdir. Bu mikrobların 90-99 faizini aradan qaldırır.
Sirkə ilə yumaq yeməyin dadına mənfi təsir göstərə bilər. Qida məhsulları sabun və ya başqa kimyəvi vasitə ilə yuyulduqda nə qədər durulanmasından asılı olmayaraq qalıqları üzərində qalır. Bu qalıqlar reaksiyaların yaranmasına, nəticədə sağlamlıq problemlərinin əmələ gəlməsinə səbəb olur.
Bəzən meyvə və tərəvəz xüsusi yuyulmuş formada salafanların içində satılır. Bu tip qidaları yenidən yumaqla tam əksi daha da kirlənməsinə səbəb ola bilərsiniz.
Bu səbəbdən mütəxəssislər ən yaxşı təmizləmə üsulunun axar su olduğu qənaətindədir. Qıdanın qabığını belə yeməsəniz sabunla yuyulduqda onu kəsərkən bıçaq vasitəsilə üstündə olan qalıqlar tərkibinə keçə bilər.
Qalın qabıqlı qovun, kök və ya ananasın daha təmiz olması üçün yuyarkən fırçadan istifadə edə bilərsiniz.
Göyərtiləri yuyarkən də eyni qaydadan istifadə edin. Bol suyun içində saxlayıb qum və digər qalıqlardan təmizləyin. İlk yumadan sonra qalıqlar yenə varsa, bunu bir neçə dəfə təkrarlayın. Sabun və ya qıdalar üçün olan şampunlardan qəti istifadə etməyin. Göyərtiləri bu kimyəvi məhlullardan təmizləmək daha çətindir.
Qida məhsullarını axar və soyuq suda yumağa diqqət yetirin. İsti su məhsulun rənginin dəyişməsinə və zədələnməsinə səbəb olur.
Məhsulları marketdən qayıdar-qayıtmaz deyil, yeməzdən əvvəl yuyun. Öncədən yuyulması qidanın daha tez xarab olmasına gətirib çıxarır.