Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazi 13 ildir başındakı “Kalaşnikov” gülləsilə yaşayır - VİDEO

Qazi 13 ildir başındakı “Kalaşnikov” gülləsilə yaşayır - VİDEO

Tarix: 20 Sentyabr 2021 11:46

Türkiyədə 19 sentyabr Qazilər Günü kimi qeyd olunur.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu münasibətlə "Haber Global" onlardan biri olan Məhmət Əli Küpəli barədə süjet hazırlayıb.

Onun möcüzə nəticəsində sağ qaldığı bildirlib.

Küpəli 2008-ci ildə Diyarbəkirdə PKK terrorçuları ilə mübarizədə başından yaralanıb. Həkimlər "Kalaşnikov" avtomatından açılan və qazinin kəllə sümüyündə ilişib qalan gülləni tərpədmədən yerində saxlayıb.

Məhmət xeyli müddət görmə və yerimə qabiliyytini itirib, lakin sonradan tədricən hər iki problem aradan qalxıb.


Etiketlər:  Qazi ildir başındakı Kalaşnikov gülləsilə yaşayır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ