Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazi və şəhid ailəsinin torpaq problemi - VİDEO

Qazi və şəhid ailəsinin torpaq problemi - VİDEO

Tarix: 21 Sentyabr 2021 17:46

Bağ sahəsini başqa şəxsə icarəyə verən bələdiyyə məsələyə aydınlıq gətirdi

İndi nə edəcəkləri bilməyən bu şəxşlərdən biri Birinci Qarabağ müharibəsində şəhid olan Elşən Ərzumanovun qardaşı Vahid Ərzumanov, digəri isə Birinci Qarabağ müharibəsi qazisi Bəybala Əliyarovdur. Hər iki şəxş yerli bələdiyyə sədri Elçin Manafovdan şikayəçidir. Səbəbsə 17 il istifadələrində olan bağ sahəsinin bələdiyyə sədri tərəfindən başqa şəxsə icarəyə verilməsidir.

Milli.Az Real TV-yə istinadən bildirir ki, şikayətçi sakinlər deyir ki, 2004-cü ildə maddi imkanlarının aşağı olması səbəbi ilə ölkə başçısına icarəyə bağ sahəsi ayrılması üçün müraciət ediblər. Bu müraciət əsasında qeyd olunan ərazi onlara icarəyə verilib. Hətta bir neçə il icarə haqqı da ödəyiblər. Lakin sonrakı illərdə hər iki şəxsin həssas kateqoriyadan olması nəzərə alınaraq onlardan icarə haqqı alınmayıb. Beləliklə 17 il ərzində bağa qulluq etməklə ailələrini dolandırıblar. Lakin cari ilin iyul ayında xəbər tutublar ki, 2 il öncə bələdiyyə sədri seçilən Elçin Manafov bağ sahəsini Mais İsgəndərov adlı kənd sakininə icayə verib. Bu isə sakinlərin narazılığına səbəb olub.

İndi hər iki şikayətçi vətəndaşın bir istəyi var: İllər boyu qulluq edərək ailələrinin dolanışığını təmin etdikləri bağ sahəsinin geri qaytarılması.

Şəhid ailəsi və qazinin şikayəti ilə bağlı Alekseyevka bələdiyyəsinə müraciət etdik. Bələdiyyə sədrinin müavini Behbud Məmmədov bildirdi ki, həmin ərazinin şikayətçi sakinlərin istifadəsində olmasından xəbərsiz olublar. Bu səbəbdən də torpağı hərraca çıxarıblar və hərrac zamanı 2 hektar 80 sot olan bağ sahəsi 49 il müddətinə illik 637 manata Mais İsgəndərova icarəyə verilib.

Məsələdə adı hallanan Quba RİH başçısının Alekseyevka İƏD üzrə nümayəndəsi Mehman Mahmudovun da mövqeyini öyrəndik. İcra nümayəndəsi kamera qarşısına çıxmasa da şifahi olaraq bildirdiki, onun bu məsələyə qarışmaq səlahiyyəti yoxdur. Sadəcə olaraq hər iki şəxsin həssas kateqoriyadan olmasını nəzərə alaraq, problemi həll etmək məqsədi ilə onlara başqa yerdən torpaq sahəsi verilməsini təklif edib.

Milli.Az


Etiketlər:  Qazi şəhid ailəsinin torpaq problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ