Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2021 22:32
Çexiyanın aparıcı avtomobil istehsalçısı - "Skoda" şirkəti sentyabrın 27-dən ölkədəki 3 zavodunda istehsalı dayandıracaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, fasilə bir həftə davam edəcək.
Buna səbəb elektron komponentlərin (çip) çatışmazlığıdır. Bu dövr ərzində 34 minə yaxın işçiyə mükafatlar da daxil olmaqla aylıq qazancın 85 %-i ödəniləcək.
Hazırda "Skoda" elektron komponentlərin çatışmazlığına görə "Volkswagen" konserninə daxil olduğu vaxtdan keçən 30 il ərzində ən çətin günlərini yaşayır.