Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2019 10:17
Bakı. Ceyhun Ələkbərov - Trend:
Qubada ötən gündən başlayan yanğın lokallaşadırılıb, dağlıq və keçilməz ərazilərdə isə tüstülənmə qalmaqdadır.
Bunu Trend-ə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanlar Heybətov bildirib.
Onun sözlərinə görə, ərazinin dağlıq relyefə malik olması yanğının söndürülməsinə çətinliklər yaradır:
"Hazırda yanğın çətin keçilən, qaratikan adlanan ağacların çox olduğu yerdə davam edir və bu səbəbdən onu söndürmək bir az vaxt alır. Düşünürəm ki, yaxın bir-iki saat ərzində yanğın söndürüləcək".
İcra Hakimiyyəti rəsmisi onu da qeyd edib ki, Şabran ərazisində yanğın tam söndürülüb.
Xatırladaq ki, yanğın ötən gün səhər saat 08 radələrində Şabran rayonunda başlayıb, daha sonra Quba ərazisinə keçib. Alov bələdiyyənin kol-kos sahəsində qaratikan adlanan ağacların çox olduğu yerdə qeydə alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin