Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Maska tax!'' deyən gənci başından VURDU

''Maska tax!'' deyən gənci başından VURDU

Tarix: 22 Sentyabr 2021 20:24

Almaniyada maska taxmayan şəxs cinayəti törədib.

Sonxeber.net unikal.org-a istinadən xəbər verir ki, Reynland-Pfaltsın qəsəbəsində spirtli içki almaq üçün yanacaqdoldurma məntəqəsinə girən 49 yaşlı kişi üzərində daşıdığı silahla 20 yaşlı gəncin həyatına son qoyub.

Belə ki, o, maskasız mağazaya daxil olub. Bu zaman 20 yaşlı kassir ondan maska taxmasını tələb edib. Buna məhəl qoymayan kişi alış-verişinə davam edib. Lakin gənc, müştərini maska taxmadığına görə, çölə çıxartmaq istəyib. 49 yaşlı kişi üzərində daşıdığı silahla gəncin başından vurub. 20 yaşlı oğlan yerindəcə keçinib. Cinayəti törədən şəxs isə mühafizəçilər tərəfindən saxlanılaraq, polisə təhvil verilib.

Gəncin ölümü ilə bağlı cinayət işi açılıb.


Etiketlər:  Maska deyən gənci başından VURDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ