Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onkoloji xəstəliyin ilk əlamətləri açıqlandı - Gözlə görünür, əllə hiss olunur

Onkoloji xəstəliyin ilk əlamətləri açıqlandı - Gözlə görünür, əllə hiss olunur

Tarix: 22 Sentyabr 2021 22:57

Onkoloji xəstəliyin uğurlu müalicəsi üçün onu birinci dərəcədə, mümkün qədər tez aşkarlamaqdan asılıdır.

Milli.Az xəbər verir ki, rusiyalı terapevt, həkim somnoloq onkologiyanın birinci əlamətlərini açıqlayıb.

"Bədənin müxtəlif hissələrində forma dəyişikliyi, böyümə, kiçilmə, əyilmə, assimmetriya, şişkinlik gözlə görünən, əllə hiss olunan əlamətlərdir.Hər insan öz bədəninə qarşı diqqətli olmalıdır.

Eləcə də daim yorğunluq, apatiya, həyata marağın itməsi, işləməkdən yayınmaq, adi işləri görə bilməmək də onkologiyaya siqnal ola bilər.

Xərçəngin erkən işarətlərindən olan çəkidə kəskin itki, sidik, nəcis və ya hər hansı selikdə qan izi, mütəmadi baş ağrıları, boğazda düyün hissi, udquna bilməmək, səbəbsiz bədən hərarəti və s. nəzərdən qaçmamalıdır.

Bəzən xəstə illərlə bədənində şişlə uzun illər yaşayır, səsi xırıldayır, boğazı ağrıyır, daimi ağrıları olur, öskürür, amma bunu norma kimi qəbul edir. Mədə, qırtlaq və ağciyərlər dərindən yoxlanmır.Beləcə xəstəlik 4-cü mərhələyə çatır.
Onkologiyanı dəridəki dəyişikliklər də göstərir. Hİssəvi qızarma, tündləşmə, qabıqlanma, qaşınma, qabarma, qaralma və s. təkcə dəri xərçəngi yox, daxili orqanlardan da xəbər verir.

2-3-cü mərhələdə xəstələrdə öyümə, ürəkbulanma, qusma, qida qəbulunun çətinləşməsi, boğazda tıxaclanma çox rast gəlinir". /medicina.az

Milli.Az


Etiketlər:  Onkoloji xəstəliyin əlamətləri açıqlandı Gözlə görünür əllə hiss olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ