Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2021 17:58
Türkiyənin sahil kurort bölgələrində turizm mövsümü uzanır və konqres, sərgi fəaliyyətləri, idman turizmi sahəsində də canlanma var. Bu barədə Türkiyə Otelçilər Federasiyasının (TUROFED) rəhbəri Sururi Çorabatır bildirib.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, onun sözlərinə görə, Türkiyənin sahil kurort bölgələrində yay turizm mövsümü uzanır, qışda isə ölkənin daxili bölgələrində xizək və termal turizm sahəsində canlanma müşahidə olunur.
Cari turizm mövsümü əvvəlkindən daha yaxşı gedir və 2022-ci ildə Türkiyə daha çox turist qəbul etməyə hazırlaşır. Ümumilikdə sektor 2019 hədəflərinə çatmaq üçün çox çalışır.
TÜROFED rəhbərinin sözlərinə görə, bu il xüsusilə peyvəndləmədəki aktivlik nəticəsində turizm mövsümü daha yaxşı keçdi. "Ötən il pandemiya səbəbiylə işini davam etdirə bilməyən otellər olsa da, bu il turizm obyektləri açıq qaldı. Yanğınlar çıxana qədər Marmara bölgəsində də yaxşı performans müşahidə edildi. Kapadokya və Dənizli də yaxşı performans göstərdi. İstanbuldakı lüks otellər, xüsusən də metropolun sənaye bölgələrində, termal kurortlarda doluluq nisbətləri yaxşı idi", - deyə vurğulayıb.