Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2021 09:52
Beynəlxalq münasibətlərdəki hazırki durum bəşəriyyətə Soyuq müharibəni geri qaytara bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
O bildirib ki, pandemiya böyük problemlərlə yanaşı müsbət dəyişikliyi də gətirib, bu da ölkələrin bir-birindən daha asılı vəziyyətə düşməsidir:
"Biz bir-birimizdən asılı dünyada yaşayırıq və ümid edirdim ki, bu səbəbdən Şərq və Qərb əməkdaşlığı hörmətə əsaslanacaq. Çox təəssüf ki, bunda yeni Soyuq müharibə təhlükəsinin formalaşdığını görürəm".