Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

672 bal toplayan abituriyent ADU-nu seçib

672 bal toplayan abituriyent ADU-nu seçib

Tarix: 20 Avqust 2019 13:16

Bakı. Trend:

2019-2020-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərdən biri də Ləman Ağazadədir.

Bakı şəhəri 318 saylı tam orta məktəbi fərqlənmə ilə bitirən L.Ağazadə qəbul imtahanlarında 672 bal toplayıb. Göstərdiyi nəticəyə uyğun olaraq o, Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinə (Koreya dili üzrə) qəbul olub.

Trend-in məlumatına görə, L.Ağazadə ADU-nu seçməsini universitetin geniş beynəlxalq əlaqələrə malik olması ilə izah edib. O, Koreya dili ixtisasını daha çox iş imkanları yaratdığı üçün seçdiyini bildirib.

Tələbəmizin gələcək planlarına universitetdə bir neçə dili dərindən mənimsəyərək təhsilini xaricdə davam etdirmək, özünü sinxron tərcümə sahəsində peşəkar kadr kimi formalaşdırmaq, yazıçı, ssenarist kimi fəaliyyət göstərmək də daxildir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  toplayan abituriyent seçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ