Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2021 19:20
Böyük Britaniyada yük maşını sürücülərinin qıtlığı yaranıb.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, bu qıtlıq bir sıra sahələrdə böhran yaradıb.
Hətta BP daşınma probleminə görə bəzi yanacaqdoldurma məntəqələrini bağlamaq məcburiyyətində qalıb.
Süpermarketlər məhsul tədarük edə bilmirlər, rəflərdə boşluq hiss olunur.
Qeyd edək ki, ağır yük maşınlarının sürücüləri hazırda 40 min sterlinqə qədər əmək haqqı alır (93 min manatdan çox). Son bir ildə bu sahədə əmək haqları 30% artırılıb.
Yüksək əmək haqqlarına baxmayaraq, yaranan işçi çatışmazlığı bir neçə səbəblə əlaqələndirilir.
Böyük Britaniyanın Avropa Birliyindən çıxması əmək bazarında elastikliyin itməsinə səbəb olub. Digər mühüm səbəb isə pandemiya kompensasiyalarının işçiləri "tənbəlləşdirməsi"-dir.
Belə ki, karantin tədbirləri ilə əlaqədar olaraq hökumətdən dəstək alan sürücülər artıq işə qayıtmaq istəmirlər.