Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2019 15:16
“Qarabağ” öz oyunu ilə məni təəccübləndirdi”.
Qol.az xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Linfild”in baş məşqçisi Devid Hili Şimali İrlandiya mətbuatına deyib.
“Belfast Telegraph”ın məlumatına görə, irlandiyalı mütəxəssis “Qarabağ” haqqında danışarkən klubun gücünü və APOEL ilə oyunlarını vurğulayıb: “Qarabağ” səfərdə APOEL-ə qalib gəlib öz meydanında bu rəqibə uduzmaqla məni təəccübləndirdi. Bu iki oyunu yaxşıca təhlil etdik. İndi isə səbirsizliklə ilk matçı gözləyirik”.
D.Hili Azərbaycan millisi ilə olan xatirələrini də bölüşüb. O, 2012-ci il dünya çempionatının seçmə mərhələsində Belfastda keçirilən və 1:1 hesabı ilə yekunlaşan Şimali İrlandiya - Azərbaycan oyununda vurduğu qolu yada salaraq bunları qeyd edib: “Mən karyeramda 36-cı və sonuncu qolu Azərbaycan millisinə vurdum. Ümid edirəm ki, Azərbaycan klubuna qarşı da fərqlənməyi bacaracağıq”.
Qeyd edək ki, “Qarabağ”la “Linfild” arasındakı ilk matç avqustun 22-si, “Vindsor Park”da keçiriləcək. Cavab oyunu 29 avqust Respublika stadionunda olacaq.