Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sürətlə arıqlamaq infarkta səbəb ola bilər

Sürətlə arıqlamaq infarkta səbəb ola bilər

Tarix: 25 Sentyabr 2021 18:54

Artıq çəkisi ilə problem yaşayanların ən böyük arzusu qısa müddətdə arıqlamaq, normal bədənə sahib olmaqdı. 

Milli.Az Lent.az-a istinadən bildirir ki, sürətli çəki itirmək aşağıdakı fəsadlara səbəb ola bilər.

Qanda şəkəri azaldır

Sürətli arıqlamaq üçün aşağı kalorili pəhrizlər qanda şəkərin düşməsinə səbəb olur. Buna səbəb pəhriz zamanı orqanizmin karbohidrat qəbulunun azalmasıdı. 

Maddələr mübadiləsini ləngidir

Pəhriz zamanı maddələr mübadiləsi yavaşlayır və bu da bədəndə bəzi problemlərə səbəb olur. 

Ürək xəstəliklərinə səbəb olur

Pəhrizin və sürətlə çəki itirməyin zərərləri arasında ən böyük risk daşıyan orqan ürəkdi. Bu səbəbdən bu pəhriz saxlamaq infarkt riskini artırır. Hətta ani ölümlərə də yol aça bilər. Pəhriz saxlayan insan bədənindəki su ilə birlikdə mineralları da itirir. Misal üçün, itirilən natrium, kalium tarazlığın pozulmasına, ürək əzələlərinin mənfi təsirlənməsinə səbəb olur. Aşağı kalori qəbulunun nəticəsində bədən müqavimətdən düşür, əzələ itkisinə uğrayır, ani şəkər və təzyiq düşməsi kimi problemlərin yaranması ölümlə nəticələnəcək riskə yol açır.

Milli.Az


Etiketlər:  Sürətlə arıqlamaq infarkta səbəb ola bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ