Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2021 18:40
Türkiyəli şoumen Mehmet Əli Ərbil ölkənin məşhur aktyorları haqqında açıqladığı fikirlər diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, şoumen Kıvanç Tatlıtuğ və Kenan İmirzalıoğlunun aktyorluğunu qənaətbəxş hesab etmədiyini bildirib:
"Can Yamanı izləmirəm. Bir dəfə serialda rast gəldim. Mədəniyyətli oğlandır. İtalyanca, ingiliscə bilir. Bunu yüksək qiymətləndirirəm.
Serenay Sarıkayanı sevirəm. Həm səsi, həm aktyorluğu, həm də aurası var. Dünya ulduzları ilə mübarizə apara biləcək addır.
Kıvanç Tatlıtuğun "Organized işler"dəki rolu çox şişirdildi, mənə süni görünürdü. Kənan İmirzalıoğlunu isə həmişə eyni görürəm".