Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2019 16:56
Moskvanın “Dinamo” klubunun sabiq məşqçisi Andrey Kobelev komandanın azərbaycanlı hücumçusu Ramil Şeydayevin oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Qol.az-ın xəbərinə görə, “Sport-ekspress”ə müsahibəsində o deyib: “Fikrimcə, “Dinamo”nun seleksionerləri, idman və baş direktoru “Krılya Sovetov”dan alınan futbolçunun avrokuboklara düşmək istəyən komandaya o dəqiqə nəticə verəcəyini güman etmirdilər. Bu, absurd olardı. Elə isə sual yaranır: “Dinamo” Ramili niyə alırdı?”.
Kobelev qeyd edib ki, Ramilin potensialı var: “Amma bu gün ciddi məsələlərin həll üçün Ramil hələ çiydir”.
Xatırladaq ki, R.Şeydayev bu mövsüm Premyer Liqanın geridə qalan 6 turunda bir qol belə vurmayıb.