Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2021 19:14
"Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev 27 sentyabr - Anım günü ilə bağlı paylaşım edib.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi feysbuk hesabında ötən ilin bu günü başlayan Vətən müharibəsiylə bağlı bunları qeyd edib:
"29 il sonra Qarabağa doğru ilk addım elə bu dəqiqələrdən başladı. Səhər tezdən - 06:00 radələrdində atam oyandırdı məni, "dur, müharibə başladı". Tez oyandım və mənə ilk olaraq "tez internetdə nələr yazır, bax", dedi... O dəqiqədən sonra yazıları əsgərlərimiz yazdı... Öz qanı ilə, canı ilə Vətən yazdılar. Əbədi olaraq yaddaşlara yazdılar. Bütün dünyaya yazdılar. Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır! Şəhidlərimizi böyük ehtiramla anırıq!".