Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür

Tarix: 28 Sentyabr 2021 12:18

İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür, eyni zamanda, Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlərin üzərinə düşür.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində "Bu savaşın qarşısını almaq olmazdımı? Çox uzun müddət fəaliyyət göstərən Minsk qrupu həmsədrlərinin görüşləri vardı. Minsk qrupunun həmsədrləri və ya başqa amillər bu savaşın qarşısını ala bilərdilərmi? Əslində, qarşısını necə almalı idilər?" sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

"Təbii, qarşısını ala bilərdilər. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Məgər, onların siyasi çəkisi, siyasi imkanları olmayıb ki, Ermənistana bu ciddi mesajları göndərsinlər? Sadəcə olaraq, nə hərb, nə sülh siyasətinə üstünlük verirdilər.

Digər tərəfdən, mən Minsk qrupunun həmsədrlərinə və digər böyük dövlətlərə dəfələrlə müraciət etdim ki, Ermənistana sanksiyalar tətbiq edilməlidir. Bu da savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Yəni, biz bütün imkanlardan istifadə etdik ki, bunu sülh yolu ilə çözək, müharibə olmasın, qan tökülməsin. Ancaq bununla bərabər, mən deyirdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Nəyin bahasına olursa-olsun öz torpağımızı azad edəcəyik və sadəcə olaraq, şans verirdik.

Bilirsiniz, Ermənistanın 2018-ci ildə hakimiyyətə gəlmiş yeni rəhbərliyi bu danışıqlar, yəni, müzakirə prosesinə də çox böyük zərbə vurdu. Çünki onların yersiz və çox məsuliyyətsiz açıqlamaları faktiki olaraq müzakirə prosesini iflic etdi, yəni, danışıqlar iflic vəziyyətinə düşmüşdü. Belə olan halda, Minsk qrupu daha müsbət, daha da cəsarətli addımlar atmalı idi. Onlar isə sadəcə olaraq, müşahidə edirdilər, sadəcə olaraq, buna müşahidəçi kimi yanaşırdılar. Ona görə, İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür, eyni zamanda, Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlərin üzərinə düşür".


Etiketlər:  Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsinin başlanmasında əlbəttə böyük məsuliyyət Ermənistanın üzərinə düşür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ