Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2021 19:14
Türkiyənin Rusiyadan S-400 sistemləri almasından narahatıq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözlər ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin yaydığı məlumatda əksini tapıb.
Məlumata görə, komitə Türkiyənin Rusiya ilə yeni razılaşma imzalayacağı halda Ankaraya qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bildirib:
"Biz CAATSA qanununu yazarkən aydın şəkildə ifadə etmişik ki, sanksiyalar Rusiya hərbçiləri və ya kəşfiyyat strukturları ilə bağlı istənilən böyük biznes və müəssisəyə tətbiq edilir. Türkiyənin istənilən yeni alışı yeni sanksiyalara gətirib çıxaracaq".