Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2021 13:50
328 saylı məktəbin siniflərindən birinə H.Abbasbəylinin adı verilib
Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 328 nömrəli orta məktəbin 5B sinfinə Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə XTQ-nin şəhid baş leytenatı Həmid Abbasbəylinin adı verilib.
Sözügedən məktəbdə ənənəvi bir hala çevrilən sinif otaqlarının hər biri vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adını daşıyır.
Həmid Abbasbəylinin adını daşıyacaq sinifdə şəhidin ailə üzvləri,eyni zamanda məktəbin direktoru, müəllim kollektivinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə 5 b sinfinin şagirdləri şəhidimizin adına vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
XTQ -nin baş leytenantı Həmid Cavanşir oğlu Abbasbəyli 1991 ci ilin noyabrın 17-də Bakıda doğulub. Hərbçi olmaq Həmidin uşaqlıq arzusu olub.2006 cı ildə Cəmşid Naxçivanski adına hərbi liseyə daxil olur. O təhsilini ali hərbi məktəbdə davam etdirir. 2013 cü ildən cəbhə bölgəsində tağım komandiri kimi xidmətə başlayır. 4 xarici dil bilən Həmid Çin və Türkiyədə keçirilən kurslarda iştirak edib.
Şəhidimizin bacarığı tək bunla bitmir o boks və qaydasız döyüş üzrə yarışlarda iştirak edir və həmişə də birincilik qazanıb.
Onun ailəsi ilə son görüşü sentyabrın 25 də olur. Ailənin böyük oğlu olan Həmid 2 ci Qarabağ müharibəsi başlayan gündən döyüşlərdə iştirak edir. Ayağından yaralansa da, qospitala getməkdən imtina edir və döyüş bölgəsində qalır.
Füzuli Cəbrayıl, Hadrutun eləcə də Laçın dəhlizinə nəzarəti təmin edən yüksəkliyin alınması uğrunda gedən döyüşlərdə iştirak edir. O oktyabrın 19 da qəhrəmancasına şəhid olur. Onun cənazəsi 3 gün neytral ərazidə qalır. Oktyabrın 23 ü Həmidin cənazəsi Bakıya gətirilərək İkinci fəxri xiyabanda dəfn olunur.
Qeyd edək ki, şəhid baş leytenant Həmid Abbasbəyli şəhadətindən sonra döyüşlərdə göstərdiyi şücaətə görə Qarabağ ordeni, Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə,medalları ilə təltif olunub.